Leqal xəbər məlumat verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Məlumata görə, Mehdi Cavadov qurum sədrinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri vəzifəsinə təyin edilib.
Bildirilir ki, Mehdi Cavadov bu təyinata qədər “ASAN Xidmət” sədrinin müşaviri kimi fəaliyyət göstərib. Onun dövlət xidmətləri və rəqəmsal idarəetmə sahəsində təcrübəsinin yeni vəzifəsində də istifadə olunacağı qeyd edilir.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanovdur. Yeni təyinatın rəqəmsal hökumət layihələrinin inkişafına töhfə verəcəyi gözlənilir.