İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında

7 baxış 3 dəq
Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Leqal Xəbər-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 20 noyabr saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.

- H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;

- 140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə;

- 163, 189 və M8 nömrəli avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.

22 noyabr saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil olunacaq.

- 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla, Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;

- 163, 189 və M8 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla, Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin