Yeni xəbərlər burada görünəcək.

Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb

LEQAL XƏBƏR məlumat verir ki, mərhum Xalq artisti Amaliya Pənahovaya aid olduğu bildirilən qılınc Türkiyədə auksion saytlarından birində satışa çıxarılıb. Məlumata görə, tanınmış aktrisa 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə həmin qılıncı hədiyyə edib. Qılıncın üzərində bu sözlər yazılıb:

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, mərhum Xalq artisti Amaliya Pənahovaya aid olduğu bildirilən qılınc Türkiyədə auksion saytlarından birində satışa çıxarılıb.

Məlumata görə, tanınmış aktrisa 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə həmin qılıncı hədiyyə edib.

Qılıncın üzərində bu sözlər yazılıb:

“Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993”.

Qeyd edək ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. O, teatrda həm orta və yaşlı nəslin, həm də gənc istedadlı aktyorların fəaliyyətinə şərait yaradıb.

Xalq artisti 2018-ci ildə 73 yaşında vəfat edib.

Xəbəri paylaş Dostlarınıza göndərin