Leqal xəbər məlumat verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) dollarla yerləşdirilən əmanətlərin sığortalanma faizinin dəyişdirilməsində maraqlı olmadığını bildirib.
Qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayıb ki, hazırda bu faiz illik 2,5% səviyyəsindədir və yaxın vaxtda dəyişiklik planlaşdırılmır.
Onun sözlərinə görə, əvvəllər dollar əmanətlərinin payı 80%-dən çox olsa da, indi bu göstərici təxminən 28%-ə düşüb. AMB bu payın 20–25% aralığında olmasını daha məqsədəuyğun hesab edir.
Kazımov qeyd edib ki, əsas problem bankların xarici valyutada cəlb etdiyi vəsaiti hara yönəltməsidir. Bu vəsaitlər xarici qiymətli kağızlara yerləşdirilə bilər, lakin gəlirlilik nisbətən aşağıdır (təxminən 4–4,5%). Xarici valyutada kreditlər isə əsasən ixrac gəliri olan şirkətlərə verilir və buna da tələbat yüksək deyil.