Yeni xəbərlər burada görünəcək.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. LEQAL XƏBƏR məlumat verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin

8 baxış 3 dəq

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb.

LEQAL XƏBƏR məlumat verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.

Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan A.Hacıyevin fəaliyyəti dövründə "Qarabağ" iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Komanda UEFA Çempionlar Liqasında pley-offa, Avropa Liqasında isə 1/8 final mərhələsinə yüksəlib.

Anar Hacıyev klubda çalışdığı müddətdə nüfuzlu "Johan Cruyff" institutunun diplomunu alıb və Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.

"Qarabağ" FK Anar Hacıyevə xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin