Yeni xəbərlər burada görünəcək.

ANDROID İSTİFADƏÇİLƏRİNƏ PİS XƏBƏR

Leqal xəbər məlumat verir ki, “Google” yeni süni intellekt texnologiyası olan “Gemini Intelligence” sistemini Android platformasına gətirməyə hazırlaşır. Lakin bu yenilikdən bütün istifadəçilər yararlana bilməyəcək. Məlumata görə, yeni funksiyaların işləməsi üçün cihazlarda ən azı 12 GB RAM, güclü

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, “Google” yeni süni intellekt texnologiyası olan “Gemini Intelligence” sistemini Android platformasına gətirməyə hazırlaşır. Lakin bu yenilikdən bütün istifadəçilər yararlana bilməyəcək.
Məlumata görə, yeni funksiyaların işləməsi üçün cihazlarda ən azı 12 GB RAM, güclü flaqman prosessoru və Gemini Nano v3 və ya daha yüksək dəstək tələb olunacaq. Bu səbəbdən texnologiya yalnız məhdud sayda premium cihazlarda aktiv olacaq.
Bildirilir ki, hətta bəzi məşhur modellər belə bu imkanlardan kənarda qala bilər. “Pixel 9” seriyası və “Samsung Galaxy Z Fold 7” kimi cihazların müəyyən funksiyaları dəstəkləməyəcəyi qeyd olunur.
Ekspertlər hesab edirlər ki, yüksək texniki tələblər səbəbindən bir çox köhnə nəsil Android telefonları yeni süni intellekt imkanlarından yararlana bilməyəcək. Yeni funksiyaların əsasən 2026-cı ildən etibarən təqdim olunan cihazlarda geniş istifadə olunacağı gözlənilir.
Xəbəri paylaş Dostlarınıza göndərin