Yeni xəbərlər burada görünəcək.

Anxel Korreanın yeni klubu bəlli oldu

Məşhur argentinalı futbolçu Anxel Korrea karyerasını doğma ölkəsində davam etdirəcək. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, Meksikanın "Tiqres" klubunda çıxış edən

12 baxış 3 dəq

Məşhur argentinalı futbolçu Anxel Korrea karyerasını doğma ölkəsində davam etdirəcək.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Meksikanın "Tiqres" klubunda çıxış edən yarımmüdafiəçinin Argentinanın "River Pleyt" klubuna transferi ilə bağlı tərəflər arasında tam razılıq əldə olunub.

Məlumata görə, 31 yaşlı futbolçunun keçidi "River Pleyt"ə 17 milyon ABŞ dollarına başa gəlib.

Korrea yeni klubu ilə 2029-cu ilin sonunadək qüvvədə olacaq müqavilə imzalayacaq. Futbolçunun yaxın günlərdə tibbi müayinədən keçmək üçün komandanın düşərgəsinə qoşulacağı bildirilir.

Qeyd edək ki, Anxel Korrea peşəkar karyerasının ən uğurlu dövrünü İspaniyanın "Atletiko Madrid" klubunda keçirib. O, təxminən 10 il Madrid təmsilçisinin formasını geyinib.

Xəbəri paylaş Dostlarınıza göndərin