Yeni xəbərlər burada görünəcək.

AQTA “Çıraq Palace” şadlıq sarayında nöqsanlar aşkarlayıb

Mediada qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlardan sonra AQTA şadlıq sarayında plandankənar yoxlama keçirib. Yoxlama zamanı ət məhsullarının miqdarı ilə baytarlıq sənədlərindəki göstəricilərin uyğun gəlmədiyi, ətlərin lazımi temperatur rejimində

9 baxış 3 dəq

Mediada qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlardan sonra AQTA şadlıq sarayında plandankənar yoxlama keçirib.

Yoxlama zamanı ət məhsullarının miqdarı ilə baytarlıq sənədlərindəki göstəricilərin uyğun gəlmədiyi, ətlərin lazımi temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müəyyən edilib.

Həmçinin qonaqlara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edildiyi aşkarlanıb.

Faktlarla bağlı inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin