Yeni xəbərlər burada görünəcək.

ARAİK HARUTYUNYAN VƏ DİGƏRLƏRİNİN APELLYASİYA MƏHKƏMƏSİNDƏ QƏRAR

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, həmçinin müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində iştirak ediblər.

Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə qərar elan olunub.

Qərara əsasən, Araik Arutyunyan, Bako Saakyan, David Babayan, Levon Mnatsakanyan, Arkadi Qukasyan, David Manukyan, Davit İşxanyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Erik Qazaryan, Vasili Beqlaryan, Levon Balayan, Davit Allahverdiyan və Qurqen Stepanyanın barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin