Yeni xəbərlər burada görünəcək.

ARGENTİNA FUTBOL ASSOSİASİYASINDA ŞOK

LEQAL XƏBƏR məlumat verir ki, Argentina Futbol Assosiasiyasının (AFA) maliyyə əməliyyatları ilə bağlı genişmiqyaslı araşdırma aparılır. Məlumata görə, hüquq-mühafizə orqanları AFA-ya məxsus yüz milyonlarla dolların ABŞ bank sistemi vasitəsilə hərəkətini araşdırır, həmçinin çirkli pulların yuyulması

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Argentina Futbol Assosiasiyasının (AFA) maliyyə əməliyyatları ilə bağlı genişmiqyaslı araşdırma aparılır.

Məlumata görə, hüquq-mühafizə orqanları AFA-ya məxsus yüz milyonlarla dolların ABŞ bank sistemi vasitəsilə hərəkətini araşdırır, həmçinin çirkli pulların yuyulması və dələduzluq halları olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

İstintaqın mərkəzində teatr prodüseri Xavyer Faroniyə məxsus "TourProdEnter LLC" şirkəti dayanır. Bildirilir ki, Faroni və həyat yoldaşı son illərdə AFA-nın "Adidas" və "Warner" da daxil olmaqla beynəlxalq kommersiya müqavilələri üzrə ödənişlərin toplanmasını həyata keçiriblər.

Məlumata əsasən, Faroninin şirkəti beş ABŞ bankındakı hesablar vasitəsilə 300 milyon dollardan çox vəsait köçürüb. Lakin bu məbləğin yalnız bir hissəsinin AFA-nın əməliyyat xərcləri ilə əlaqəli olduğu bildirilir.

Xatırladaq ki, Argentina Təhlükəsizlik Nazirliyi AFA-nın şübhəli maliyyə əməliyyatları barədə ABŞ-ni hələ 2024-cü ildə məlumatlandırmışdı. Həmin vaxt FTB araşdırmaya başlamaqdan imtina etmişdi.

2025-ci ilin dekabrında isə AFA prezidenti Klaudio Tapia da daxil olmaqla qurum rəhbərliyi Argentinada sosial ödənişlərin büdcəyə köçürülməməsində ittiham olunub. Buna baxmayaraq, məhkəmə girov qarşılığında onun ABŞ-da keçirilən dünya çempionatına yollanmasına icazə verib.

Qeyd edək ki, Argentina millisi iyulun 12-də dünya çempionatının 1/4 final mərhələsində İsveçrə ilə qarşılaşacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin