Yeni xəbərlər burada görünəcək.

Argentinada kütləvi etirazlar: Xəsarət alanlar var

LEQAL XƏBƏR məlumat verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə torpaqların əcnəbilərə satılması imkanlarını genişləndirən qanunvericilik dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyasında azı 10 nəfər saxlanılıb. Minlərlə insanın iştirak etdiyi aksiya Konqres binasının qarşısında baş tutub.

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə torpaqların əcnəbilərə satılması imkanlarını genişləndirən qanunvericilik dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyasında azı 10 nəfər saxlanılıb.

Minlərlə insanın iştirak etdiyi aksiya Konqres binasının qarşısında baş tutub. Bir neçə saat sonra polis əməkdaşları ilə etirazçılar arasında toqquşmalar başlayıb.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə qablar atıblar. Polis isə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.

Məlumata görə, azı 3 polis əməkdaşı başından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həmçinin 2 jurnalistin rezin güllələrdən yaralandığı bildirilib.

Etiraz aksiyası Konqresdə “Xüsusi mülkiyyətin toxunulmazlığı haqqında” qanun layihəsinin müzakirəsi ilə əlaqədar keçirilib.

Cəmiyyətdə əsas narazılıq torpaqların xarici vətəndaşlara satılmasına dair məhdudiyyətlərin yumşaldılması ilə bağlı olub. Argentina qanunvericiliyinə əsasən, ölkə ərazisinin 15%-dən çoxu əcnəbilərə məxsus ola bilməz.

Hökumət isə Senatda səsvermə ərəfəsində bu həddi 25%-ə çatdıran mübahisəli bəndi qanun layihəsindən çıxarıb.

Xəbəri paylaş Dostlarınıza göndərin