Yeni xəbərlər burada görünəcək.

ARVADININ QIZILLARINI GÖTÜRÜB RUS QADINLA QAÇDI

LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Mersin şəhərində bir kişi həyat yoldaşını aldadaraq ondan aldığı milyonlarla lirə dəyərində qızıllarla xaricə qaçıb. Məlumata görə, o, həyat yoldaşına avtomobil alacağını vəd edərək təxminən 3 milyon lirə dəyərində qızılları ondan götürüb. İddialara əsasən,

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Mersin şəhərində bir kişi həyat yoldaşını aldadaraq ondan aldığı milyonlarla lirə dəyərində qızıllarla xaricə qaçıb.

Məlumata görə, o, həyat yoldaşına avtomobil alacağını vəd edərək təxminən 3 milyon lirə dəyərində qızılları ondan götürüb.

İddialara əsasən, həmin şəxs daha sonra Rusiya vətəndaşı olan qadınla birlikdə ölkəni tərk edib.

Baş verənləri öyrənən qadın polisə müraciət edərək həyat yoldaşından şikayətçi olub.

Faktla bağlı araşdırma aparılır, şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin