Leqal xəbər məlumat verir ki, Astana şəhərində Regional Ekoloji Sammit öz işinə başlayır.
Tədbirdə müxtəlif ölkələrdən nümayəndələr, ekoloqlar və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. Sammit çərçivəsində iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, su resurslarının idarə olunması və “yaşıl enerji”yə keçid kimi mühüm məsələlər müzakirə olunacaq.
Görüşün əsas məqsədi region ölkələri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi, ortaq problemlərə birgə həll yollarının tapılması və davamlı inkişaf istiqamətində təşəbbüslərin irəli sürülməsidir.
Qeyd edək ki, sammit çərçivəsində bir sıra sənədlərin imzalanması və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi də gözlənilir.
