Yeni xəbərlər burada görünəcək.

Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb

LEQAL XƏBƏR məlumat verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Tədbir zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı V.Quliyevin narkotik vasitələri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyənləşdirilib. Əməliyyat tədbirlərinin davamı olaraq T.Ağayev də saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş Dostlarınıza göndərin