Yeni xəbərlər burada görünəcək.

ATASININ MAŞINDA UNUTDUĞU UŞAQ İSTİDƏN HƏYATINI İTİRDİ

ABŞ-nin Florida ştatında faciəvi hadisə baş verib. LEQAL XƏBƏR verir ki, ata azyaşlı oğlunu uşaq bağçasına aparmalı olduğu halda səhvən avtomobildə unudub və işə gedib. Məlumata görə, o, uşağı götürmək üçün bağçaya qayıdanda övladını ümumiyyətlə ora aparmadığını anlayıb. Azyaşlının meyitini

7 baxış 3 dəq
ABŞ-nin Florida ştatında faciəvi hadisə baş verib.
LEQAL XƏBƏR verir ki, ata azyaşlı oğlunu uşaq bağçasına aparmalı olduğu halda səhvən avtomobildə unudub və işə gedib.
Məlumata görə, o, uşağı götürmək üçün bağçaya qayıdanda övladını ümumiyyətlə ora aparmadığını anlayıb.
Azyaşlının meyitini axtarışlara qoşulan uşaq bağçasının direktoru avtomobilin arxa oturacağında aşkarlayıb.
Polis hadisə ilə bağlı araşdırma aparır. Qeyd olunur ki, Floridada havanın temperaturu hazırda +38 dərəcəyə çatır və bu, son vaxtlar bu səbəbdən qeydə alınan üçüncü faciəvi hadisədir.
Xəbəri paylaş Dostlarınıza göndərin