LEQAL XƏBƏR məlumat verir ki, Türkiyə bayrağı altında üzən gəminin azərbaycanlı kapitanı Elşən Əhmədov atasının vəfat xəbərini aldıqdan sonra dünyasını dəyişib.
Məlumata görə, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Misir istiqamətində hərəkət edən gəmini idarə edərkən atası Nadir Əhmədovun vəfat etdiyini öyrənib.
Hadisə zamanı gəmi Baltik dənizində olub və Litva sahillərinə yan alıb. Kapitan atasının dəfn mərasimində iştirak etmək üçün Azərbaycana qayıtmaq məqsədilə gəmini tərk edib.
Lakin vətənə yola düşməyə hazırlaşarkən onun səhhəti qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, Elşən Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda mərhumun meyiti Litvada morqda saxlanılır. Cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edək ki, Elşən Əhmədov Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sakini olub.![]()