Yeni xəbərlər burada görünəcək.

AVİASİYA BÖLMƏLƏRİNDƏ TƏLİM-MƏŞQ UÇUŞLARI KEÇİRİLİB

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, uçuşlara başlamazdan əvvəl pilotların hazırlıq səviyyəsi qiymətləndirilib, onların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları ilə bağlı nəzəri bilikləri yoxlanılıb. Daha sonra uçuş heyətləri

7 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uçuşlara başlamazdan əvvəl pilotların hazırlıq səviyyəsi qiymətləndirilib, onların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları ilə bağlı nəzəri bilikləri yoxlanılıb. Daha sonra uçuş heyətləri aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.

Təlim planına uyğun olaraq "JF-17C" (Block-III), "Su-25ML" və "L-39" tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gündüz saatlarında havaya qalxaraq yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları yerinə yetiriblər.

Nazirliyin məlumatına görə, təlimlərin əsas məqsədi hərbi pilotların döyüş hazırlığını daha da təkmilləşdirmək, müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasını təmin etmək, eləcə də aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarını artırmaq olub.

Qeyd olunub ki, keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetiriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin