Yeni xəbərlər burada görünəcək.

Avropa Din Forumu Nikol Paşinyanın atdığı addımları pislədi

Avropa Din və İnanc Azadlığı Forumu (FOREF Europe) Nikol Paşinyan hökumətinin Erməni Apostol Kilsəsinə qarşı atdığı addımları pisləyərək, bunları dünyanın ilk xristian ölkəsi olan Ermənistanda din və inanc azadlığına yönəlmiş ciddi təhlükə kimi qiymətləndirib. Təşkilat xəbərdarlıq edir ki, bu

7 baxış 3 dəq

Avropa Din və İnanc Azadlığı Forumu (FOREF Europe) Nikol Paşinyan hökumətinin Erməni Apostol Kilsəsinə qarşı atdığı addımları pisləyərək, bunları dünyanın ilk xristian ölkəsi olan Ermənistanda din və inanc azadlığına yönəlmiş ciddi təhlükə kimi qiymətləndirib. Təşkilat xəbərdarlıq edir ki, bu mübahisə ölkənin milli kimliyinə, mədəni irsinə və davam edən regional gərginliklər fonunda sabitliyinə zərbə vura bilər. Bildirilir ki, Paşinyanın rəhbərlik etdiyi hökumət ötən həftə Kilsə üzərində təzyiqləri xeyli artırıb.
FOREF Europe-un prezidenti Yan Figel baş verənləri qanunsuz adlandıraraq, bunun din azadlığına və Ermənistan Konstitusiyasına zidd olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə Erməni Apostol Kilsəsinə qarşı tətbiq edilən prosedurlar hüquqi, siyasi və mənəvi baxımdan qəbuledilməzdir və bu, təkcə Kilsəyə deyil, dövlətə və bütövlükdə xalqa zərər verir.
Təşkilat qeyd edib ki, müdafiə naziri Suren Papikyanın 1997-ci ildən fəaliyyət göstərən hərbi mənəvi xidmət institutunu ləğv etməsi və Ermənistan Silahlı Qüvvələrinin Mənəvi Xidmətinin fevralın 1-dən fəaliyyətini dayandırması konkret addım kimi qiymətləndirilir. İki baş yepiskop və üç yepiskopa tətbiq edilən xarici məhdudiyyətlər onların Avstriyada fevralın 16–19-da keçirilməsi planlaşdırılan Erməni Apostol Kilsəsinin Yepiskoplar Məclisində iştirak edə bilməyəcəyi anlamına gəlir. Bundan başqa, təşkilat Kilsəni müdafiə edən yepiskopların, baş yepiskopların və digər şəxslərin çoxsaylı saxlanılması və həbsi faktlarına diqqət çəkib. Bildirilir ki, onların əksəriyyəti təhrik, narkotiklə bağlı ittihamlar və hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi iddialarla saxlanılıb.
FOREF Europe vurğulayıb ki, bu hadisələr 2025-ci ilin ortalarından bəri davam edən daha genişmiqyaslı təzyiq kampaniyasının tərkib hissəsidir.

Xəbəri paylaş Dostlarınıza göndərin