Yeni xəbərlər burada görünəcək.

AVROPA PARLAMENTİNDƏN AZƏRBAYCANLA BAĞLI AÇIQLAMA

Leqal xəbər məlumat verir ki, Avropa Parlamentinin bir qrup deputatı qurumun Azərbaycanla bağlı siyasətini açıq şəkildə tənqid edib. Deputatlar Bakı ilə münasibətlərdə yaranmış gərginliyə görə Avropa İttifaqı və Avropa Parlamentinin addımlarının da məsuliyyət daşıdığını bildiriblər. “Report”un

61 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Avropa Parlamentinin bir qrup deputatı qurumun Azərbaycanla bağlı siyasətini açıq şəkildə tənqid edib. Deputatlar Bakı ilə münasibətlərdə yaranmış gərginliyə görə Avropa İttifaqı və Avropa Parlamentinin addımlarının da məsuliyyət daşıdığını bildiriblər.
“Report”un Strasburqdakı mənbələrinə əsasən, Avropa Parlamentinin plenar iclasında Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması və “Euronest”dən çıxması məsələsi müzakirəyə çıxarılıb.
Deputatlar xüsusilə Azərbaycanın “Şərq Tərəfdaşlığı” çərçivəsində region üçün mühüm tərəfdaş olduğunu vurğulayıblar. Onların fikrincə, Bakı ilə dialoqun davam etdirilməsi enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, rəqəmsal infrastruktur və regional əməkdaşlıq baxımından vacibdir.
Avropa Parlamentində “Euronest” nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Azərbaycanın qərarına yenidən baxmağa çağırıb. O bildirib ki, regionda sabitlik və əməkdaşlıq üçün tərəflər arasında münasibətlərin qorunması mühüm əhəmiyyət daşıyır.
Bəzi deputatlar çıxışlarında qeyd ediblər ki, Avropa Parlamentinin Azərbaycana qarşı sərt mövqeyi münasibətlərdə böhranın dərinləşməsinə səbəb olub.
Xəbəri paylaş Dostlarınıza göndərin