Yeni xəbərlər burada görünəcək.

AVROPADA TƏBİİ QAZ BAHALAŞIR: QİYMƏTLƏR 800 DOLLARDAN YUXARI QALXDI

LEQAL XƏBƏR məlumat verir ki, Avropada təbii qazın qiyməti martın 19-dan etibarən ilk dəfə 800 dollar həddini keçib. Məlumata görə, avqustun 21-də Niderlandın TTF qaz mərkəzində sentyabr fyuçerslərinin qiyməti maksimum 2,25 faiz artaraq 1 MVt/saat üçün 66,77 avroya yüksəlib. Mövcud valyuta

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Avropada təbii qazın qiyməti martın 19-dan etibarən ilk dəfə 800 dollar həddini keçib.

Məlumata görə, avqustun 21-də Niderlandın TTF qaz mərkəzində sentyabr fyuçerslərinin qiyməti maksimum 2,25 faiz artaraq 1 MVt/saat üçün 66,77 avroya yüksəlib.

Mövcud valyuta məzənnəsi nəzərə alındıqda bu qiymət 1000 kubmetr qaz üçün təxminən 820 dollara bərabərdir.

Qiymət artımının əsas səbəblərindən biri kimi ABŞ və İran arasında gərginliyin artması və bunun Fars körfəzi ölkələrindən Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün proqnozlaşdırılmasını çətinləşdirməsi göstərilir.

Treyderlər həmçinin Avropanın qarşıdan gələn qış mövsümünə hazırlıq səviyyəsindən narahatlıq keçirirlər.

Məlumata görə, Hörmüz boğazında tətbiq edilən dəniz blokadası Qətərdən LNG tədarükünü ləngidib. Bu isə Avropanın enerji şirkətlərini mövcud qaz partiyaları uğrunda Asiya alıcıları ilə daha ciddi rəqabət aparmağa məcbur edir.

Bundan əlavə, Avropada müşahidə olunan anomal isti hava şəraiti soyutma sistemlərinə tələbatı artırıb. Nəticədə qaz anbarlarına ehtiyatların vurulması prosesi də məhdudlaşıb.

Analitiklər hesab edirlər ki, enerji bazarında geosiyasi risklərin və mövsümi tələbatın təsiri qaz qiymətlərində əlavə dalğalanmalara səbəb ola bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin