Yeni xəbərlər burada görünəcək.

Avtobus zolağında gedən “Ferrari” saxlanıldı

Leqal xəbər bildirirki, Paytaxtda avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobil saxlanılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Bakıda avtobus zolağında hərəkət edən lüks avtomobil diqqət çəkib. Məsələ ilə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Bakı şəhər Dövlət

7 baxış 3 dəq

Leqal xəbər bildirirki, Paytaxtda avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobil saxlanılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Bakıda avtobus zolağında hərəkət edən lüks avtomobil diqqət çəkib. Məsələ ilə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib. Araşdırma zamanı görüntülərin ötən il çəkildiyi müəyyən edilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.


Xəbəri paylaş Dostlarınıza göndərin