Yeni xəbərlər burada görünəcək.

AVTOYUMA MƏNTƏQƏSİNDƏN AVTOMOBİL QAÇIRAN ŞƏXS SAXLANILDI

Paytaxtın Xətai rayonunda avtoyuma məntəqəsindən avtomobil aparan şəxs polis tərəfindən saxlanılıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Xətai rayonu ərazisində "Subaru" markalı avtomobilin talanması barədə daxil

12 baxış 3 dəq

Paytaxtın Xətai rayonunda avtoyuma məntəqəsindən avtomobil aparan şəxs polis tərəfindən saxlanılıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu ərazisində "Subaru" markalı avtomobilin talanması barədə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Görülən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin