Yeni xəbərlər burada görünəcək.

Ayıq sürücü problemli çıxdı:

Onun sözlərinə görə, sentyabrın 15-də "Bolt" tətbiqindən "ayıq sürücü" xidmətindən yararlanıb və avtomobilinin idarə olunmasını həmin sürücüyə həvalə edib. "Yolda YPX əməkdaşları avtomobili saxlayıblar və məlum olub ki, ayıq sürücü kimi xidmət göstərən şəxsin nəqliyyat

7 baxış 3 dəq

Onun sözlərinə görə, sentyabrın 15-də "Bolt" tətbiqindən "ayıq sürücü" xidmətindən yararlanıb və avtomobilinin idarə olunmasını həmin sürücüyə həvalə edib.

"Yolda YPX əməkdaşları avtomobili saxlayıblar və məlum olub ki, ayıq sürücü kimi xidmət göstərən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Mənim bu barədə məlumatım olmayıb. Nəticədə ayıq sürücü kimi gələn şəxsə 400 manat cərimə yazılıb. Protokolda mənim avtomobilimin nömrəsidir və cərimə ödənilməyəcəyi təqdirdə mənim maşınım duracağa aparıla bilər. Hazırda həm sürücü, həm də "Bolt" şirkəti cərimənin ödənilməsi məsuliyyətini üzərinə götürməkdən yayınır", - deyə şikayətdə bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin