İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Ayxan Abbasov Andorra ilə oyun öncəsi heyətdə dəyişikliklərin anonsunu verdi

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündən əvvəl fikirlərini bölüşüb. Leqal Xəbər "Qafqazinfo"ya istinadən məlumat verir ki, mütəxəssis qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bunları deyib: "İlk növbədə,

6 baxış 3 dəq
Ayxan Abbasov Andorra ilə oyun öncəsi heyətdə dəyişikliklərin anonsunu verdi

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündən əvvəl fikirlərini bölüşüb.

Leqal Xəbər "Qafqazinfo"ya istinadən məlumat verir ki, mütəxəssis qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bunları deyib:

"İlk növbədə, Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Milli komandada çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də bunu bacaran oyunçulardandır. Bir məşqçi kimi onun oyununu hər zaman bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq.

Andorra ilə qarşılaşma bu ilin son oyunu olacaq. Rəqibimiz inkişaf mərhələsində olan komandalardan biridir.

Sabah heyətdə müəyyən dəyişikliklər edəcəyik. Düşərgəyə dəvət olunan bütün futbolçulara, xüsusilə gənclərə şans vermək istəyirik. Məqsədimiz qələbə qazanmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.

Penalti təyin olunarsa, zərbəni kimin yerinə yetirəcəyinə gəlincə, Emin Mahmudov meydanda olarsa, penaltini o vuracaq. Əks halda bu vəzifə Toral Bayramova həvalə olunacaq.

Heyətlə bağlı isə onu deyə bilərəm ki, Anton Krivotsyukdan başqa itkimiz yoxdur".

Xəbəri paylaş Dostlarınıza göndərin