LEQAL XƏBƏR məlumat verir ki, ötən gecə Bakı metrosunun "Azadlıq Prospekti" stansiyasında baş verən texniki nasazlıq səbəbindən sərnişinlərin platformadan çıxarılması ilə bağlı yayılan məlumatlar təsdiqini tapıb.
"Bakı Metropoliteni" QSC-nin açıqlamasına görə, iyulun 29-da saat 23:55 radələrində metropoliteni qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş verən qısaqapanma nəticəsində "yaşıl xətt"in "Memar Əcəmi" – "Dərnəgül" istiqamətində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Bildirilib ki, operativ tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib.
Hazırda Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirir.![]()