Leqal xəbər bildirirki, Azərbaycan hazırda 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin 2025-ci ildə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib. Onun sözlərinə görə, ötən il ölkədə 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub. Baş nazir qeyd edib ki, mövcud geosiyasi şərait nəzərə alınaraq Azərbaycanın müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsait də artırılıb. Belə ki, 2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,1 milyard manat vəsait nəzərdə tutulub. Bu isə ötən illə müqayisədə 1,5 milyard manat və ya 23 faiz çoxdur. Əli Əsədov vurğulayıb ki, bu addımlar ölkənin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Azərbaycan 20 ölkəyə silah ixrac edir
Leqal xəbər bildirirki, Azərbaycan hazırda 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin 2025-ci ildə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib. Onun sözlərinə görə, ötən il ölkədə 1,4 milyard manat dəyərində hərbi
10 baxış
3 dəq
