Yeni xəbərlər burada görünəcək.

Azərbaycan-ABŞ münasibətləri çox əladır

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev bu fikirləri IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşləri xatırladaraq iki ölkə arasında münasibətlərin son dövrdə əhəmiyyətli dərəcədə inkişaf

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev bu fikirləri IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

Dövlət başçısı ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşləri xatırladaraq iki ölkə arasında münasibətlərin son dövrdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyevin sözlərinə görə, Prezident Trampla ilk tarixi görüş ötən ilin avqustunda Vaşinqtonda baş tutub. Daha sonra isə bu ilin yanvarında Davosda növbəti görüş keçirilib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan həmçinin Prezident Trampın təsis etdiyi Sülh Şurasının təsisçi üzvlərindən biri olmağa dəvət edilib. Ardınca ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlığın qurulmasına dair bəyannamə imzalanıb.

“Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin