Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCAN-ESVATİNİ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Esvatini Krallığının Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkəyə səfər edib. Diplomat Esvatini Parlamentinin açılış mərasimində iştirak edib və səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirilib.

25 baxış 3 dəq

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Esvatini Krallığının Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkəyə səfər edib. Diplomat Esvatini Parlamentinin açılış mərasimində iştirak edib və səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirilib. Kral sarayında Esvatininin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Folile Şakantu ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. H.Rəhimli “ASAN xidmət” modelinin Esvatinidə tətbiqi imkanlarını təklif edib və qarşı tərəf bu sahəyə maraq göstərdiyini bildirib. Parlamentin açılış mərasimindən sonra spiker Jabulani Mabuza ilə keçirilən görüşdə parlament diplomatiyasının əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyi vurğulanıb. Səfər çərçivəsində Esvatini Kralı III Msvati Hüseyn Rəhimlini qəbul edib. Görüşdə Azərbaycanla Esvatini arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd olunub. Kralın Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəyi də bildirilib.


Xəbəri paylaş Dostlarınıza göndərin