Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCAN MİLLİSİNDƏ BAŞ MƏŞQÇİ DƏYİŞDİ

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Basketbol Federasiyası qadınlardan ibarət əsas milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığa xitam verib. Məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb. Qeyd edək ki, Evren Alkaya 2022-ci ildən Azərbaycan

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Basketbol Federasiyası qadınlardan ibarət əsas milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığa xitam verib.

Məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

Qeyd edək ki, Evren Alkaya 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərib. O, bu müddətdə qadınlardan ibarət əsas milli komanda ilə yanaşı, U-16, U-18 və U-20 qızlardan ibarət milli komandalara da rəhbərlik edib.

Türkiyəli mütəxəssis baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında Azərbaycan yığmalarının başında yer alıb.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub. U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

Xəbəri paylaş Dostlarınıza göndərin