Leqal Xəbər məlumat verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətdə Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və hərbçilərin həlak olması dərin kədər hissi ilə qeyd olunub.
Başsağlığında bildirilib ki, həlak olanların xatirəsi ehtiramla yad edilir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.
“Allah rəhmət eləsin”, – deyə müraciətdə vurğulanıb.