Yeni xəbərlər burada görünəcək.

Azərbaycan nefti 110 dollardan yuxarı satılır

Leqal xəbər məlumat verir ki, Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,02 dollar və ya 5,76% artaraq 110,51 dollara çatıb. Bildirilib ki, bundan əvvəl Azərbaycan neftinin qiyməti təxminən 104 dollar

8 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,02 dollar və ya 5,76% artaraq 110,51 dollara çatıb.

Bildirilib ki, bundan əvvəl Azərbaycan neftinin qiyməti təxminən 104 dollar səviyyəsində olub.

Ekspertlər qiymət artımını qlobal enerji bazarlarında müşahidə olunan gərginlik və təkliflə bağlı risklərlə əlaqələndirirlər. Qeyd olunur ki, neft qiymətlərindəki bu dəyişikliklər ixracatçı ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərinə birbaşa təsir göstərir.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində götürülüb ki, hazırkı qiymətlər bu göstəricidən xeyli yüksəkdir.

Xəbəri paylaş Dostlarınıza göndərin