Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI — “AZERI LIGHT” 118 DOLLARI KEÇDİ

Leqal xəbər məlumat verir ki, Dünya enerji bazarlarında Azərbaycan neftinin qiyməti yenidən artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti son ticarət əməliyyatlarında 118 dollardan yuxarı qalxıb. Məlumata görə, Azərbaycan nefti əvvəlki göstərici ilə müqayisədə 1,75 dollar və ya 1,5 faiz

11 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Dünya enerji bazarlarında Azərbaycan neftinin qiyməti yenidən artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti son ticarət əməliyyatlarında 118 dollardan yuxarı qalxıb.
Məlumata görə, Azərbaycan nefti əvvəlki göstərici ilə müqayisədə 1,75 dollar və ya 1,5 faiz bahalaşaraq 118,16 ABŞ dollarına çatıb. Bundan əvvəl isə qiymət 116,41 dollar səviyyəsində idi.
Ekspertlər qiymət artımını qlobal enerji bazarındakı gərginlik, Yaxın Şərqdə baş verən hadisələr və neftə artan tələbatla əlaqələndirirlər. Xüsusilə Hörmüz boğazı ətrafında yaşanan gərginlik dünya bazarlarında qiymətlərin yüksəlməsinə təsir göstərir.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar hesablanıb. Hazırkı yüksək qiymətlər isə ölkəyə əlavə gəlir imkanları yarada bilər.
Xəbəri paylaş Dostlarınıza göndərin