Yeni xəbərlər burada görünəcək.

Azərbaycan nefti ucuzlaşdı

Leqal xəbər məlumat verir ki, Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Son məlumata görə, bir barel neftin qiyməti 1,56 ABŞ dolları və ya 1,19% ucuzlaşaraq 130,79 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyun

20 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Son məlumata görə, bir barel neftin qiyməti 1,56 ABŞ dolları və ya 1,19% ucuzlaşaraq 130,79 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti isə 128,46 ABŞ dolları səviyyəsində olub. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin qiyməti də 1,47 dollar və ya 1,18% azalaraq 124,08 ABŞ dollarına düşüb. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin