Yeni xəbərlər burada görünəcək.

Azərbaycan Prezidenti Litvanın yeni baş nazirinə zəng etdi

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı Azərbaycan-Litva əlaqələrinin son dövrlərdə inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon danışığı zamanı Azərbaycan-Litva əlaqələrinin son dövrlərdə inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd olunub.

Prezident İlham Əliyev Mindauqas Sinkeviçyusu baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Litva hökumətinin başçısı təbriklərə görə təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin inkişafını daim diqqətdə saxlayacağını vurğulayıb.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Litvanın baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığında Azərbaycan-Avropa İttifaqı əlaqələri də müzakirə edilib. Son dövrlərdə keçirilən yüksəksəviyyəli görüşlərin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Tərəflər, həmçinin beynəlxalq arenadakı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş Dostlarınıza göndərin