Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCAN QAZ İXRACINDA DÜNYADA BİRİNCİDİR

Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada ilk sırada yer alır. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının 10

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada ilk sırada yer alır. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur.
Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın qazını alır və ölkələrin sayı getdikcə artır. Avropa ilə enerji əməkdaşlığının xüsusilə 2020-ci ildən sonra daha da sürətlə inkişaf etdiyi vurğulanıb.
Prezident həmçinin qeyd edib ki, yaxın aylarda yeni yataqlardan qaz hasilatı ilə bağlı mühüm məlumatlar açıqlanacaq. Azərbaycanın enerji sahəsində Avropa üçün etibarlı və alternativ tərəfdaş olduğu bir daha diqqətə çatdırılıb.
Xəbəri paylaş Dostlarınıza göndərin