Yeni xəbərlər burada görünəcək.

Azərbaycan və Serbiya generalları görüşdülər

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan və Serbiya nümayəndə heyətləri arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinə dair görüş keçirilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində baş tutub. Azərbaycan nümayəndə heyətinə

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan və Serbiya nümayəndə heyətləri arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinə dair görüş keçirilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində baş tutub. Azərbaycan nümayəndə heyətinə Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyev, Serbiya nümayəndə heyətinə isə Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakic rəhbərlik edib.

İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplar arasında bir sıra istiqamətlər üzrə müzakirələr aparılıb. Bu istiqamətlərə "Rəqəmsal ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə, insansız sistemlər, eləcə də birgə təlim və məşqlərin təşkili məsələləri daxil olub.

Tərəflər, həmçinin Azərbaycan ilə Serbiya arasında hərbi və hərbi-texniki əlaqələrin cari vəziyyətini təhlil edib, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş Dostlarınıza göndərin