Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCAN VƏTƏNDAŞLARI GÜRCÜSTANDAN DEPORTASİYA EDİLDİLƏR

LEQAL XƏBƏR məlumat verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən keçirilən son tədbirlər nəticəsində Azərbaycan vətəndaşları da daxil olmaqla ümumilikdə 96 əcnəbi ölkədən deportasiya edilib. Məlumata görə, həyata keçirilən kompleks miqrasiya tədbirləri çərçivəsində

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən keçirilən son tədbirlər nəticəsində Azərbaycan vətəndaşları da daxil olmaqla ümumilikdə 96 əcnəbi ölkədən deportasiya edilib.

Məlumata görə, həyata keçirilən kompleks miqrasiya tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Kot-d'İvuar, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin vətəndaşları Gürcüstan ərazisindən çıxarılıblar.

Bildirilib ki, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən Gürcüstana girişinə qadağa tətbiq olunub.

Qeyd edilib ki, son dövrlərdə Gürcüstanda qanunsuz miqrasiyaya qarşı nəzarət tədbirləri gücləndirilib. Bu məqsədlə ölkə parlamenti miqrasiya qanunvericiliyinə dəyişikliklər edərək deportasiya və miqrantların yoxlanılması prosedurlarını daha da sadələşdirib.

Xəbəri paylaş Dostlarınıza göndərin