Yeni xəbərlər burada görünəcək.

Azərbaycan yalan məlumat yayan CNN-i beynəlxalq məhkəməyə verib

"Süni intellekt və sosial media real həqiqətin tapılmasını çətinləşdirir”. Leqal Xəbər məlumat verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində

12 baxış 3 dəq

"Süni intellekt və sosial media real həqiqətin tapılmasını çətinləşdirir”.

Leqal Xəbər məlumat verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

Prezidentin köməkçisi bildirib ki, dezinformasiya və misinformasiya hibrid strategiyanın bir hissəsinə çevrilir. "Bütün fundamental prinsiplərə baxmalıyıq. Beynəlxalq hüququn qaydaları tətbiq olunanda ölkənin daxili işlərinə müdaxilə etməmə prinsipi nəzərdə tutulurdu. Bu, fiziki müdaxiləni nəzərdə tuturdu. Artıq, fiziki olmasa da, ölkənin daxili işinə müdaxilə edilə bilir. Ona görə bu prinsipə baxılmalıdır. Azərbaycana qarşı dezinformasiyanın qarşısını almaq üçün öz sistemimizi qurmuşuq. CNN-in bu yaxınlarda ölkəmizə qarşı yaydığı xəbərlə bağlı biz beynəlxalq məhkəməyə müraciət etmişdik. Süni intellekt dezinformasiyada rol oynayır. Bu gün qlobal gündəmə məlumatların yanlış şəkildə aşılanması da buna mənfi təsir göstərir".

Picture background




Xəbəri paylaş Dostlarınıza göndərin