Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCANA GƏLƏN ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə gələnlərin böyük hissəsini Rusiya və Türkiyə vətəndaşları təşkil edib. Gələnlərin

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə gələnlərin böyük hissəsini Rusiya və Türkiyə vətəndaşları təşkil edib.

Gələnlərin 28,3 faizi Rusiya, 20 faizi Türkiyə, 7,9 faizi İran, 4,7 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan vətəndaşlarının payına düşüb.

Özbəkistan və Pakistanın hər birinin payı 3,2 faiz, İsrailin 3,1 faiz, Hindistanın 2,6 faiz, Çinin 2,5 faiz, Səudiyyə Ərəbistanının 2,3 faiz, Ukraynanın 1,6 faiz, Türkmənistanın 1,3 faiz, Almaniyanın 1,1 faiz, Böyük Britaniyanın isə 1 faiz olduğu bildirilib.

Digər ölkələrdən gələnlərin payı 12,6 faiz təşkil edib.

Məlumata əsasən, Azərbaycana gələn əcnəbilərin 67,4 faizi kişilər, 32,6 faizi isə qadınlar olub.

Xəbəri paylaş Dostlarınıza göndərin