LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycana narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bundan başqa, oktyabrın 2-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin-150 həbi aşkar olunub.
Aşkar edilən narkotik vasitələr və psixotrop tərkibli həblər qanunsuz dövriyyədən çıxarılıb.