Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCANDA 32 DƏRƏCƏ İSTİ GÖZLƏNİLİR

Leqal xəbər məlumat verir ki, Azərbaycanda mayın 28-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi bölgələrdə temperaturun 32 dərəcəyədək yüksələcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim

10 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Azərbaycanda mayın 28-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi bölgələrdə temperaturun 32 dərəcəyədək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 17-19, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Rayonlarda da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 16-20, gündüz 27-32 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 16-21 dərəcə isti gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin