Yeni xəbərlər burada görünəcək.

Azərbaycanda 40 dərəcə isti olacaq

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 29-da Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 23–25°, gündüz isə 31–36° isti təşkil edəcək. Ölkənin rayonlarında da hava

17 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 29-da Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 23–25°, gündüz isə 31–36° isti təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturunun gecə 22–27°, gündüz 35–39°, bəzi yerlərdə isə 40°-dək yüksələcəyi proqnozlaşdırılır. Dağlıq ərazilərdə gecə 15–20°, gündüz isə 25–30° isti olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin