Leqal xəbər məlumat verir ki, Azərbaycanda nadir və xüsusi kolleksiya hesab olunan kiçik ölçülü “Qurani-Kərim” kitabı satışa çıxarılıb. Məlumata görə, kitab internet elan saytlarından birində 49 min 999 manata təklif olunur.
Satıcının bildirdiyinə görə, bu Quranın dünyanın ən kiçik Quran nüsxələrindən biri olduğu iddia edilir. Kitabın hansı dövrə aid olması dəqiq açıqlanmasa da, onun nəsildən-nəslə ötürülən qiymətli ailə yadigarı olduğu qeyd edilir.
Belə nadir dini kitablar adətən kolleksiyaçılar, qədim əşya həvəskarları və dini irsə maraq göstərən şəxslər tərəfindən yüksək qiymətləndirilir. Qiymətin bu qədər yüksək olması da kitabın nadirliyi və tarixi dəyəri ilə əlaqələndirilir.