Yeni xəbərlər burada görünəcək.

Azərbaycanda analar və uşaqlar üçün milyonluq TENDER

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrası məqsədilə tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib. LEQAL

9 baxış 3 dəq

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrası məqsədilə tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib.

LEQAL XƏBƏR-in əldə etdiyi məlumata görə, tenderin ümumi dəyəri 2 milyon 558 min 259 manat 59 qəpik təşkil edir.

Tender sənədlərinə əsasən, satınalma çərçivəsində ümumilikdə 85 adda tibbi vasitənin alınması planlaşdırılır.

Siyahıya neonatal ambu kisələri, müxtəlif ölçülü anesteziya silikon üz maskaları, tənəffüs konturları, laringoskop bıçaqları, endotraxeal borular, nəfəsalma sistemləri, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətlərdə istifadə olunan digər avadanlıq və sərf materialları daxildir.

Qeyd edək ki, sözügedən Dövlət Proqramı uşaqlarda xəstəliklərin erkən aşkarlanması, onların mütəmadi tibbi müayinədən keçirilməsi, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, həmçinin tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunmasını nəzərdə tutur.

Xəbəri paylaş Dostlarınıza göndərin