Yeni xəbərlər burada görünəcək.

Azərbaycanda balıq bahalaşdı

Leqal xəbər bildirirki, Azərbaycanda bəzi balıq növlərinin qiyməti artıb. Satıcıların sözlərinə görə, İranda baş verən hadisələr səbəbindən ölkəyə idxal olunan balıqların həcmi azalıb və bu da bazarda qiymətlərin yüksəlməsinə təsir edib. Bildirilib ki, əksər balıq növlərində 5–7 manat bahalaşma

9 baxış 3 dəq

Leqal xəbər bildirirki, Azərbaycanda bəzi balıq növlərinin qiyməti artıb. Satıcıların sözlərinə görə, İranda baş verən hadisələr səbəbindən ölkəyə idxal olunan balıqların həcmi azalıb və bu da bazarda qiymətlərin yüksəlməsinə təsir edib. Bildirilib ki, əksər balıq növlərində 5–7 manat bahalaşma müşahidə olunur. Qiymət artımının əsas səbəbi məhsulun azalması və daşınma xərclərinin yüksəlməsidir. Qeyd olunur ki, bazara gətirilən bəzi balıq məhsulları və yemlər İran üzərindən idxal olunurdu və mövcud vəziyyət bu prosesdə çətinliklər yaradıb. İqtisadçı Fuad İbrahimov bildirib ki, bazara gətirilən məhsulların həcmi artsa, qiymətlərdə sabitlik yarana bilər. Onun sözlərinə görə, əvvəllər 12–13 manata satılan farel balığı hazırda 18–19 manata, 14–15 manat olan kütüm isə 20–23 manata təklif olunur. Ekspert əlavə edib ki, İranda müharibə davam etdiyi müddətdə qiymətlərin artması qaçılmazdır.


Xəbəri paylaş Dostlarınıza göndərin