Leqal xəbər məlumat verir ki, Azərbaycanda boşanma hallarında artım müşahidə olunur. Məlumata görə, bu ilin ilk iki ayında ölkədə 3376 boşanma qeydə alınıb.
Statistikaya əsasən, hər 1000 nəfərə 2 boşanma düşür ki, bu da son onilliklərin ən yüksək göstəricilərindən biri hesab olunur. Müqayisə üçün qeyd olunur ki, Avropa ölkələrində bu rəqəm orta hesabla 1000 nəfərə 1,6 təşkil edir.
Ekspertlər bildirirlər ki, boşanma səviyyəsinin artması həm əvvəlki illərlə, həm də Avropa ilə müqayisədə daha yüksək dinamika nümayiş etdirir. Bunun səbəbləri kimi sosial-iqtisadi amillər, ailədaxili münasibətlər və həyat tərzində dəyişikliklər göstərilir.![]()