Azərbaycanda əhalinin sayı artaraq 10 milyon 271 min 638 nəfərə çatıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2026-cı il iyunun 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 9 min 287 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 271 min 638 nəfər olub.
Məlumata görə, ölkə əhalisinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kənd yerlərində yaşayır.
Qeyd olunub ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.![]()