Leqal xəbər məlumat verir ki, Azərbaycanda internet tariflərinin artması ehtimalı yenidən gündəmə gəlib. Artan inflyasiya, xidmət və logistika xərclərinin yüksəlməsi fonunda qiymətlərin bahalaşacağı ilə bağlı müzakirələr intensivləşib. Məlumata görə, qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyini göstərir. Ekspertlər hesab edir ki, tariflərin yüksəlməsi əməkhaqlarının və ümumi xərclərin artması ilə birbaşa bağlıdır. İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, qiymət artımı artıq gözlənilən prosesə çevrilsə də, əsas məsələ xidmət keyfiyyətinin də eyni səviyyədə artırılmasıdır. Ekspert vurğulayıb ki, vətəndaşların internet xidmətindən məmnunluğu hələ də arzuolunan səviyyədə deyil və qiymət artımı ilə yanaşı, xidmət standartlarının da yüksəldilməsi vacibdir.
Azərbaycanda internet bahalaşa bilər
Leqal xəbər məlumat verir ki, Azərbaycanda internet tariflərinin artması ehtimalı yenidən gündəmə gəlib. Artan inflyasiya, xidmət və logistika xərclərinin yüksəlməsi fonunda qiymətlərin bahalaşacağı ilə bağlı müzakirələr intensivləşib. Məlumata görə, qonşu ölkələrdə artıq müşahidə olunan qiymət
10 baxış
3 dəq
