LEQAL XƏBƏR məlumat verir ki, bu gündən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65 olub.
Bununla da qadınların pensiya yaşı kişilər üçün müəyyən edilmiş pensiya yaşı ilə bərabərləşdirilib. Qeyd edək ki, kişilər üçün 65 yaş həddi 2021-ci ilin iyul ayından tətbiq olunur.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qanunvericiliyə əsasən, pensiya yaşına çatan şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı minimum əmək pensiyasını təmin edirsə, sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Əgər pensiya kapitalı kifayət etmirsə, bu halda şəxsin azı 25 il sığorta stajı olmalıdır. Bu tələb 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə şamil edilmir.
