Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCANDA TULLANTILARIN EMALI ÜZRƏ MÜASİR İNFRASTRUKTUR YARADILACAQ

AZƏRBAYCANDA TULLANTILARIN EMALI ÜZRƏ MÜASİR İNFRASTRUKTUR YARADILACAQ Bundan əlavə, Bakının Qala qəsəbəsində tullantıların daşınması məntəqəsi və təkrar xammalın əldə edilməsi müəssisəsi yaradılacaq. Layihə çərçivəsində qurulacaq regional sanitar poliqonun Xızı, Şamaxı, Qobustan və Abşeron

7 baxış 3 dəq

AZƏRBAYCANDA TULLANTILARIN EMALI ÜZRƏ MÜASİR İNFRASTRUKTUR YARADILACAQ

Bundan əlavə, Bakının Qala qəsəbəsində tullantıların daşınması məntəqəsi və təkrar xammalın əldə edilməsi müəssisəsi yaradılacaq.
Layihə çərçivəsində qurulacaq regional sanitar poliqonun Xızı, Şamaxı, Qobustan və Abşeron rayonlarında, eləcə də Sumqayıt şəhərində yaşayan təxminən 695,5 min nəfərə xidmət göstərməsi planlaşdırılır.
Məlumata əsasən, layihənin ümumi dəyəri 591,25 milyon ABŞ dolları təşkil edir. Bunun 500 milyon dollarının Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən, 91,25 milyon dollarının isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Tikinti işlərinə başlanılması üçün ekoloji və sosial tələblərin yerinə yetirilməsi, torpaqdan istifadə hüquqlarının yoxlanılması və layihənin mümkün təsirlərinin qiymətləndirilməsi tələb olunur.
Layihənin əsas məqsədi tullantıların daha səmərəli idarə edilməsini təmin etmək, təkrar emal imkanlarını genişləndirmək və Bakı-Abşeron ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdir.

Xəbəri paylaş Dostlarınıza göndərin